İyunun 4-13-də Fransanın Şatoru şəhərində paralimpiyaçılar arasında güllə atıcılığı üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, milli komandamız baş məşqçi Yusif Abdullayevin rəhbərliyi altında turnirdə mübarizə aparacaq.
Qeyd edək ki, yarış noyabrın 3-18-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına lisenziya xalı verir.