Azərbaycanın stend atıcısı Nurlana Cəfərova Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, idmançı bu nailiyyəti stend atıcılığının dairəvi növü üzrə yarışda əldə edib.
Bundan əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında üçüncü yeri tutublar.
Qeyd edək ki, Konyada Qran-Pri turniri iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.