Atıcılıq üzrə Azərbaycan yığmasının lideri Ruslan Lunyov Portuqaliyada keçirilən Avropa kubokunun final mərhələsində mükafat qazanıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı idmançı 25 metr məsafəyə atəşaçmada ikinci olub.
Qeyd edək ki, Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən yarışın üçüncü təsnifat mərhələsində bir qızıl və iki gümüş medal qazanıb.