Azərbaycanın güllə atıcısı Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, o, 50 metr məsafəyə atəşaçmada fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu idman növündə Azərbaycan təmsilçisi dünya çempionatında sonuncu dəfə 20 il əvvəl medal qazanmışdı.