Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu ada layiq görülüb.
Mançini bu il İtaliya yığmasına Avropa çempionluğunu qazandırıb və onun komandası UEFA Millətlər Liqasında finala yüksəlib.