Komandası Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq maaşının 25 faizini itirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Mark Oqden sosial şəbəkə hesabında paylaşım edib.
Hazırda İngiltərə Premyer Liqasının sonuna 6 oyun qalıb. “Mançester Yunayted”in qitənin ən nüfuzlu klub turnirinə vəsiqə verən 4-cü pillə ilə fərqi 16 xal olsa da, mankunianlıların ehtiyatda iki oyunu var.
Ten Haqın bu yay istefaya göndəriləcəyi bildirilir. Roberto De Zerbi və Qraham Potter kimi mütəxəssislərin adı "Old Trafford"da baş məşqçi postu ilə əlaqələndirilir.
Mirağa