İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal"a 0:5 hesabı ilə uduzan "Çelsi" antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "zadəganlar"ın cari mövsüm ölkə çempionatında 57 qol buraxıb ki, bu da klub tarixinin ən pis göstəricisidir.
"Çelsi" daha öncə 1994/1995 və 1996/1997 mövsümlərində İPL-də 55 qola üzülmüşdü.
Qeyd edək ki, hazırda 47 xalı olan London təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub.
Nihat