14:52 16.02.2024 21829

"Qarabağ" mərhələ adlasa... - 1/8-dəki mümkün rəqiblər

UEFA Avropa Liqasının pley-off mərhələsinə inamlı qalibiyyətlə start verən "Qarabağ" səfərdə keçirdiyi ilk oyunda “Braqa”nı iki top fərqi ilə üstələdi - 4:2. Beləliklə, təmsilçimiz 1/8 finalın bir addımlığındadır.

Doğrudur, Portuqaliya klubu elə rəqiblərdəndir ki, qətiyyən arxayınlaşmaq olmaz. Amma hər şey "köhlən atlar"ın öz əlindədir. Fevralın 22-də baş tutacaq Bakıdakı görüşdə heç-heçə, hətta minimal hesablı yenilgi də komandamızı qane edəcək. Ən önəmli fakt isə meydan amilidir. "Qarabağ" "Tofiq Bəhramov"dakı 30 minlik güclü dəstəyə (cavab görüşündə arenanın dolacağına şübhə yoxdur) arxalanacaq. 

"Qarabağ" gələn həftə mərhələ adlasa, növbəti rəqibinin adı oyundan bir gün sonra - fevralın 23-də müəyyənləşəcək. Belə ki, 1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Reqlamentə görə, pley-off mərhələsini adlayan komandalar bu mərhələyə qarılmadan birbaşa 1/8-ə yüksələn qrup birinciləri ilə görüşəcək. Qrup mərhələsinin qalibləri isə "Vest Hem”, “Brayton”, “Atalanta”, “Reyncers”, “Liverpul”, “Vilyarreal”, “Slaviya” və "Qarabağ"ı qabaqlayaq 1-ci yeri tutan “Bayer Leverkuzen” olub. 
Başqa sözlə, “Qarabağ” - “Braqa” cütünün qalibi bu 8 rəqibdən biri olacaq. 
Yeri gəlmişkən, 1/8-də eyni ölkənin təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz. İndiki halda İngiltərənin 3 təmsilçisi qrup qalibi kimi pley-offdan gələcək rəqibini gözləyir. 

1/8 finalın ilk matçları pley-off qaliblərinin meydanında baş tutacaq. Başqa sözlə, “Qarabağ” "Braqa səddini aşacağı halda, 1/8-də ilk oyununu Bakıda keçirəcək.
Qeyd edək ki, ilk oyunlar martın 7-də, cavab görüşləri isə bir həftə sonra, martın 14-də keçiriləcək.
1/4 final mərhələsinin və yarımfinalın püşkatması 15 martda keçirilməsi planlaşdırılır.  

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
23:42

Rəşad Sadıqov "Şəfa" üzərində qələbədən sonra nə danışdı?

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X