"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının 1/8 finalında Azərbaycan "Qarabağ"ı üzərində əzmkar qələbədən danışıb.
Fanat.Az xəbər verir ki, cavab görüşündə 3:2 hesabı ilə qalib gələn turnirin 1/4 finalına vəsiqə qazanan almanların oyunçusu UEFA-nın mətbuat xidmətinə açıqlamasında belə deyib:
“Bu, qeyri-adi bir qələbədir, çox dəyərlidir. Bu, göstərdiyimiz mənəviyyat üçün qələbədir. Komanda sona kimi özünə inandı. Turnirdə iştirakımız davam edir. Püşkatmaya kimin düşməsindən asılı olmayaraq, 1/4 final mərhələsini adlamaq istəyirik”.
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün - martın 15-də keçiriləcək.