UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın qrupda və 1/8-də rəqibi olan "Bayer" Leverkuzendə "Vest Hem" üzərində qələbə qazanıb.
İtaliya təmsilçiləri “Milan” ilə “Roma”nın duelində üstün olan tərəf paytaxt klubu olub.
“Liverpul” doğma meydanda “Atalanta”ya gözlənilmədən böyük hesabla uduzubsa, "Olimpik Marsel" Portuqaliyada "Benfika”yla bacarmayıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
“Milan” (İtaliya) – “Roma” (İtaliya) 0:1
Qol: Mançini, 17.
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:3
Qollar: Skamakka, 38, 60. Paşaliç, 83.
“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə) 2:0
Qollar: Hofmann, 83. Bonifas, 90+1.
“Benfika” (Portuqaliya) – “Olimoik Marsel” (Fransa) 2:1
Qollar: Rafa Silva, 16, Di Maria, 52 - Obameyanq, 67.