UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmaq niyyətindədi.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, avrokubokların qalan qarşılaşmalarını milli çempionatların keçirildiyi günlərdə də keçirmək olar: "Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol