UEFA İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında Avropa Liqasının final oyununda vurulmuş sonuncu qolun müəllifini dəqiqləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, qol "İnter"in hücumçusu Romelu Lukakunun adına yazılıb.
Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu əvvəlcə matçın protokolunda qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.
Qeyd edək ki, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" 6-cı dəfə Avropa Liqasının qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol