17:05 14.08.2026 136

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

"Trendyol" qadın voleybolçular arasında "CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsorudur

Lüksemburq/İstanbul, 14 avqust 2026-cı il. 

Avropa Voleybol Konfederasiyası (CEV) ilə Trendyol arasında imzalanmış müqaviləyə əsasən, 21 avqust tarixində start götürəcək “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatı rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” (CEV Trendyol EuroVolley 2026 qadın voleybolçular arasında Avropa çempionatı) adlandırılacaq.

2022-ci ildən etibarən Türkiyənin milli voleybol komandalarının baş sponsoru olan Trendyol qitənin milli komandalar arasında keçirilən ən böyük turnirinə dəstəyini titul sponsoru kimi genişləndirir. Turnir Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək. Trendyol həmçinin İstanbulda keçiriləcək oyunlar çərçivəsində azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi təşəbbüslər vasitəsilə texnologiya və idmanı bir araya gətirəcək.

Dünyanın aparıcı e-ticarət platformalarından biri olan Trendyol “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatının titul sponsoru olub. Çempionat rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” adlandırılacaq. 2009-cu ildən bu günə qədər ilk dəfə baş tutan titul sponsorluğu Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək bütün turniri əhatə edəcək.

"Bu tərəfdaşlıq əsas yarışlarımızın artan populyarlığını bir daha nümayiş etdirir. Turnirə ev sahibliyi edən dörd ölkədə möhtəşəm voleybol bayramının keçirilməsi üçün bizim və yerli təşkilatçıların səylərinə qoşulmağa hazır olduğuna görə "Trendyol’’a təşəkkürümüzü bildiririk. Turnirə maraq hər gün artır və əminəm ki, biz birlikdə "EuroVolley"in və qadın voleybolunun nüfuzunu növbəti səviyyəyə yüksəldə biləcəyik" - deyə CEV-in prezidenti Roko Sikiriç bildirib. 
 
"CEV Trendyol EuroVolley 2026 Women" turnirinə titul sponsorluğumuz vasitəsilə Türkiyə voleyboluna uzun illərdir göstərdiyimiz dəstəyi beynəlxalq səviyyəyə çıxarırıq. Türkiyənin bu möhtəşəm yarışa ev sahibliyi etdiyi bir vaxtda milli komandamızın və Türkiyə voleybolunun yanında olacağıq, eyni zamanda texnologiya və idmanı bir araya gətirərək azarkeşlərə turnirin həyəcanını yaşamaq üçün yeni imkanlar təqdim edəcəyik” - deyə Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bildirib. 

Texnologiya və idman bir arada

Qrup mərhələsindən finala qədər ümumilikdə 25 oyun İstanbulda keçiriləcək. Çempionat boyunca müxtəlif ölkələrin milli komandaları, federasiya nümayəndələri və voleybol azarkeşləri şəhərdə bir araya gələcək. Yarımfinallar və final da İstanbulda keçiriləcəyindən, Bosfor sahilində yerləşən şəhər qadın voleybolunun Avropadakı mərkəzinə çevriləcək.

Titul sponsorluğu çərçivəsində Trendyol arenanın müxtəlif hissələrində təmsil olunacaq və turnir boyunca azarkeşlər üçün interaktiv tədbirlər təşkil edəcək. İstanbulda yaradılacaq xüsusi Trendyol azarkeş zonasında texnologiya və idmanı bir araya gətirən müxtəlif təcrübələr təqdim olunacaq. İnteraktiv fəaliyyətlər və tədbirlər vasitəsilə voleybol azarkeşləri turnirin həyəcanını meydandan kənarda da yaşaya biləcəklər.

Bu tərəfdaşlıq "Trendyol"un müxtəlif idman növlərinə və müxtəlif səviyyələrdə idmana uzunmüddətli dəstəyinin növbəti mərhələsidir. Trendyol Türkiyə idmanını bütün səviyyələrdə dəstəkləyir. Buna ‘’Süper Lig’’ və Birinci Liqa, Türkiyənin milli futbol və voleybol komandaları, Olimpiya və Paralimpiya idmançıları, Türkiyə Voleybol Federasiyası ilə birlikdə dəstəklədiyi "Fabrika Voleybol" məktəbləri də daxildir. "Fabrika Voleybol" məktəbləri kütləvi voleybolun inkişafına və uşaqların erkən yaşlarından idmana cəlb olunmasına töhfə verir. Şirkət həmçinin dünyanın aparıcı idman təşkilatları və layihələri, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi və "EuroLeague Final Four" ilə tərəfdaşlıqları vasitəsilə bu dəstəyini beynəlxalq səviyyəyə qaldırır.

"CEV Trendyol EuroVolley 2026 Women" çempionatı 21 avqustdan 6 sentyabradək keçiriləcək.


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 Avqust 2026
18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

13:15

Ferran Torres PSJ üçün ilk addımını atır

12:57

Berdiyev açılış oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

12:38

"Fənərbağça" ulduz futbolçu ilə yollarını ayırdı

12:20

Adil Mahmudovun yeni iş yeri bilindi - 2-ci Liqanın debütantını çalışdıracaq

11:56

Gəncə klubu Yusifzadəni geri qaytardı

11:38

"Bayern"in hücumçusu Bundesliqanı MLS-ə dəyişdi

11:19

"Real Madrid" Orteqanı 10 milyona satdı

11:00

"Difai" 2 ay əvvəl anlaşdığı baş məşqçi ilə vidalaşdı

10:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:20

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura start verildi - Fotolar/nəticələr

10:01

Həm Avropa Liqasının, həm də Konfrans Liqasının son pley-offçusu müəyyənləşir

09:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:25

MPL: Tovuzda 35-ci milli çempionat başlayır

09:00

"Qarabağ" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:06

KL: 3-cü təsnifat mərhələsinə yekun vurulub

01:30

AL: "Beşiktaş" pley-offda

00:54

"Qarabağ" "Dinamo"nu belə məğlub etdi - İCMAL

13 Avqust 2026
23:58

Komandası mərhələ adladı, Mahir isə...

23:32

Murad Məmmədova cəmi 2 dəqiqə bəs etdi

23:25

"Sumqayıt" Ronaldo ilə müqavilənin müddətini uzadıb

22:55

Koxalski niyə "Dinamo"ya qarşı oynamadı? - Qurbanov açıqladı

22:23

İqor Kostyuk "Qarabağ"a məğlubiyyətdən sonra belə danışdı

22:01

KL: "Qarabağ" adını pley-offa yazdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X