Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi”yə məğlub olan "Şkupi” Şimali Makedoniya çempionatının IV turunda "Pelister”lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra danışan "Şkupi”nin baş məşqçisi Muharrem Bayrami "Neftçi”ni də yada salıb.
"Qələbəyə görə çox şadam. Bu oyun məni daha da qürurlandırdı, çünki hər matçda daha yaxşı çıxış edirik. Bakıda baş verənlərdən sonra bugünkü qələbə bizə müsbət təsir etdi. Daha böyük fərqlə qalib gəlməyə layiq idik, üstün olduq və şansları əldən verdik. Bu komandanın yüksək keyfiyyətləri var”, deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, "Bakcell Arena”da "Neftçi”yə 1:2 hesabı ilə məğlub olan "Şkupi” üçün avrokubok macərası başa çatıb.
Fanat.Az