16:41 03.09.2020 1559

Jurnalistlərin nəzərinə: "Neftçi" - "Qalatasaray” oyununa qeydiyyat başladı

"Neftçi” PFK-nın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da qardaş Türkiyənin "Qalatasaray” klubu ilə "Bakcell Arena”da keçirəcəyi oyuna KİV nümayəndələrinin qeydiyyatı başlanıb.
 
Fanat.Az xəbər verir ki, qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələrindən aşağıdakılar tələb olunur:
 
1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar sentyabrın 9-u saat 18:00-dək klubun e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

DİQQƏT:

- Yerlər məlum səbəblərdən asılı olaraq az olduğu üçün hər bir KİV-dən maksimum 1 nəfər akkreditasiya əldə edə biləcək;
- Yalnız 6 nəfər FOTO akkreditasiyası əldə edə biləcək;
- Hər bir telekanal maksimum 1 nəfər müxbir, 1 nəfər operatorla təmsil oluna bilər;
- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı ilk öncə PFL-dən qeydiyyatdan keçmiş və I təsnifat mərhələsinin "Neftçi” – "Şkupi” oyununda iştirak etmiş şəxslərə üstünlük veriləcək;
- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı əsas üstünlük idman mediasına veriləcək. Həmçinin qeyri-idman mediasından ötən mövsüm "Neftçi”nin Azərbaycan çempionatı oyunlarında iştirak edən və oyunları işıqlandıran jurnalistlər də bu siyahıya aid ediləcək;
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi” – "Şkupi” oyununa qeydiyyatdan keçmiş və akkreditasiyasını üzrlü səbəb olmadan (əvvəlcədən bu haqda kluba məlumat verənlərdən başqa) götürməyən şəxslər bu oyunda qeydiyyata alınmayacaq;
- Mətbuat konfransında sosial məsafə qaydalarına əməl olunması üçün yerlərin sayı azalıb. Bu səbəbdən yalnız 12 nəfər media nümayəndəsinin iştirakına icazə veriləcək. Həmin jurnalistlər də "Neftçi” PFK-nın Avropa Liqasının I təsnifat mərhələsindəki mətbuat konfranslarında iştirak etmiş şəxslər olacaq. Həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o jurnalistlər mətbuat konfransına buraxılacaqlar.

Qeydiyyatdan keçənlər və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 16.09.2020-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək "Bakcell Arena”da "Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
12:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

13:15

Ferran Torres PSJ üçün ilk addımını atır

12:57

Berdiyev açılış oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X