Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
"Proqres" Lüksemburqda Niderlandın "Villem II" komandasını, "Hammarbü" İsveçdə Polşa "Lex"ini, "B36 Torshavn" isə Farer adalarında Finlandiya TNS-ini sınağa çəkəcək.
Avropa Liqası
II təsnifat mərhələsi
16 sentyabr
20:30. "Proqres" (Lüksemburq) - "Villem II" (Niderland)
21:00. "Hammarbü" (İsveç) - "Lex" (Polşa)
22:00. B36 (Torshavn, Farer adaları) - TNS (Uels)
Qeyd edək ki, Avropa Liqasında II raunda sentyabrın 17-də yekun vurulacaq. Həmin gün "Neftçi" Bakı Olimpiya Stadionunda Türkiyə "Qalatasaray"ı ilə üz-üzə gələcək.
Fanat.Az