"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ın zədəli futbolçusu Pervis Estupinyanın durumu açıqlanıb.
Fanat.Az xəbər verir ki, Ekvador millisinin düşərgəsində zədələnən müdafiəçi 3 həftə oynaya bilməyəcək. Beləliklə, 22 yaşlı futbolçu Avroliqanın II turunun "Qarabağ"la oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Pervis Estupinya "Vilyarreal"a 2020-ci ildə "Uatford"dan 16.4 milyon avroya transfer olunub.
Onu da qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Qarabağ" - "Vilyarreal" görüşü saat 21:55-də start götürəcək. Azərbaycan çempionu ilk turda isə İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq.