Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq həftənin ən yaxşısı elan olunub.
Qabonlu hücumçu Portuqaliyanın "Benfika” klubuna 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.
32 yaşlı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə İngiltərənin digər təmsilçisi "Tottenhem”in yarımmüdafiəçisi Dele Allini, Şotlandiya "Reyncers”inin hücumçusu Alfredo Morelos və Norveç "Molde”sinin qapıçısı Andreas Lindeni qabaqlayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol