01:48 19.03.2021 1162

AL: "Dinamo" inanılmazı bacardı, "Milan" dayandı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, cavab görüşlərindən sonra 1/4 finala vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib.

"Arsenal” Londonda "Olimpiakos”a boyun əysə də, ilk matçda qazandığı nəticənin hesabına növbəti mərhələyə adlayıb. 

"Milan” İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi "Mançester Yunayted”ə öz meydanında uduzaraq "əyləci basıb".

Gecənin ən gözlənilməz nəticəsi Xorvatiyada qeydə alınıb. "Tottenhem” ilk oyunda 2:0 hesabıyla yendiyi Zaqreb "Dinamo”suna səfərdə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.

Stiven Cerrardın çalışdırdığı "Reyncers" də səfərdən sərfəli 1:1 hesabıyla dönməsinə baxmayaraq, Çexiya "Slaviya"sının qarşısında aciz qalıb. 

Ukraynanın ilk matçlardan sonra çətin vəziyyətə düşən təmsilçiləri möcüzə reallaşdıra bilməyibsə, "Ayaks" evdə darmadağın etdiyi "Yanq Boyz"a yenə şans verməyib.

İspaniya təmsilçilərindən Avropa Liqasında oynamağın həyəcanını yaşayan "Qranada" "Molde"yə qonaq qismində məğlub olsa da, öz meydanında vurduğu 2 cavabsız qol sayəsində adını 1/4 finala yazdırıb.

Avropa Liqası
1/8 finalın cavab oyunları

18 mart

Molde (Norveç) – Qranada (İspaniya) 2:1
Qollar: Valyexo, 29-öz qapısına. Hestad, 90-pen – Soldado, 72.
İlk oyun – 0:2

Dinamo (Zaqreb, Xorvatiya) – Tottenhem (İngiltərə) 3:0
Qollar: Orsiç, 62; 83; 106.
İlk oyun – 0:2

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: Əl Ərəbi, 51.
İlk oyun – 3:1

Şaxtyor (Donetsk, Ukrayna) – Roma (İtaliya) 1:2
Qollar: Moraes, 59 – Mayoral, 48; 72.
İlk oyun – 0:3.

Reyncers (Şotlandiya) – Slaviya (Praqa, Çexiya) 0:2
Qollar: Olayinka, 14. Stanku, 74.
İlk oyun – 1:1

Milan (İtaliya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Poqba, 49.
İlk oyun – 1:1

Vilyarreal (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qollar: Moreno, 13; 36.
İlk oyun – 2:0

Yanq Boyz (İsveçrə) – Ayaks (Niderland) 0:2
Qollar: Neres, 21. Tadiç, 49-pen.
İlk oyun – 0:3

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
20:34

MPL: "Sumqayıt" "Neftçi" matçında 4 qol var - YENİLƏNİR

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X