Millimizin futbolçusu Mahir Emrelinin komandası Polşa "Legiya"sı UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunda Moskvanın "Spartak"ın qonağı olub.
Fanat.Az xəbər verir ki, görüş Varşava təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Öz meydanında məğlubiyyəti həzm edə bilməyən rus azarkeşlər "Spartak"ın futbolçularını soyunub-geyinmə otağına təhqirlə yola salıblar.
Həmin anın videogörüntüsünü təqdim edirik:
Xatırladaq ki, komandaların cavab oyunu dekabr ayının 9-u keçiriləcək.
Emin Şəmsiyev