Moskva "Lokomotiv"inin tribuna liderlərindən olan Yelizaveta Balyayeva "Qalatasaray"ın iki futbolçusunu bəyənib.
Fanat.Az xəbər verir ki, bu barədə rusiyalı gözəl özü açıqlama verib.
Balyayeva Kərəm Aktürkoğlu və Olimpiu Morutanı bəyəndiyini, hər iki futbolçunun xarizmatik olduğunu bildirib.
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının Moskvada keçirilən matçında "Lokomotiv"ə 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu Kerem vurub, ötürməni isə Morutan verib.