15:25 18.05.2022 509

"Sevilyada əsl final ab-havası hiss olunur" - Finalın şərhçisi

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, turnirin final matçı İspaniyanın Sevilya şəhərində baş tutacaq.

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında Frankfurt “Ayntraxt"ı ilə Şotlandiyanın “Reyncers” komandası üz-üzə gələcək. 

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Görüş Azərbaycanda CBC Sport tekenalı vasitəsi ilə canlı yayımlanacaq. Matçın şərhçisi Elnur Məmmədli saytımıza açıqlamasında Sevilya şəhərində hökm sürən final ab-havasından bəhs edib: 

"Sevilyada əsl final ab-havası hiss olunur. Şəhərin elə bir yeri, küçəsi, kafe, restoranı yoxdur ki, orda "Reyncers" və ya "Ayntraxt" azarkeşlərinə rast gəlməyəsən. Şəhər gecə saatlarınadək yatmayıb. Hər iki klubun azarkeşləri əylənirdilər. Sevilyanın az qala bir aylıq spirtli icki ehtiyatını tükədiblər. 

Maraqlı məqamlardan biri də odur ki, gözümə daha çox "Qlazqo Reyncers" azarkeşləri dəyir. "Barselona" ilə oyunda "Ayntraxt Frankfurt" tərəfdarları çox idisə, bu dəfə Şotlandiyadan gələnlər üstünlük təşkil edir. 

Bugünlərdə Sevilyaya uçuşla bağlı problemlər yaranıb. Gələnlər həddən artıq çox olduğu üçün sıxlıq yaranıb. Ona görə də bir çox azarkeşlər yaxınlıqda olan Malaqa şəhərinə gəlirlər. Sevilya ilə bu şəhərin arasında 200 kilometr məsafə var. Malaqadan müxtəlif nəqliyyat vasitələri ilə Sevilyaya gəlirlər. 

Ötən gün Sevilya polis idarəsindən "Reuters"ə verilən açıqlamaya görə, hər iki tərəfdən təxminən 150 min azarkeşinin gəlişi gözlənilir. Onların hamısının bileti olmadığı üçün Sevilya polisi ehtiyat edir ki, hər iki komandanın azarkeşləri arasında qalmaqal yarana bilər. Amma ümumilikdə şəhərin istənilən yerində afişalara rast gəlmək mümkündür. Final matçına görə ab-hava əladır, hər iki tərəfin də həddən artıq çox azarkeşi var. Bu gecə maraqlı bir oyun bizi gözləyir". 

Röya 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X