13:20 16.09.2022 1981

"Nant" şokda idi" - Aslan Kərimov

Ötən gün UEFA Avroöpa Liqasının II turu çərçivəsində Bakıda "Nant"ı qəbul edən "Qarabağ" oyunu 3:0 hesablə qələbə ilə başa vuraraq aktivinə 3 xal yazdırıb. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın dünənki görüşünü və "Olimpiakos"la səfər matçındakı şanslarını dəyərləndirib.

"Oyun göstərdi ki, rəqib bizi əməlli başlı analiz etmişdi. Onların təhlükəli hücumları əsasən Veşoviç tərəfdən gəlirdi. Birinci hissədə "Nant"ın planları demək olar ki, baş tutmuşdu. Qapımız önündə təhlükəli məqamlar yaradırdılar. Çərçivəyə gələn iki zərbəni Şahruddin dəf edə bildi. Veşoviçi asanlıqla keçən yox idi, amma dünən gördük ki, rəqib futbolçuları bir neçə epizodda onu arxasında qoya bildilər. 

İkinci hissədə arxaya oturası oldular. Sözün açığı, başa düşə bilmədim niyə?! Düşünürəm ki, "Qarabağ" topu meydanın mərkəzində saxlamağa başladı və rəqib geriyə çəkiləsi oldu. O boşluqlardan ani istifadə edib qol vurandan sonra rəqib 4-5 dəqiqə şokda idi. İkinci qoldan sonra "Nant" dəyişiklik edib hücumameylli oynamaq istədi, amma bu da baş tutmadı. 

İlk hissədə komandamız böyük təzyiq altında idi, ələxsusda yerli futbolçular. Cəbhədə baş verənlər, məlum hadisələr futbolçularımızın üzərində əlavə məsuliyyət idi. Onlar bilirdilər ki, məğlub olmaq yolverilməzdir. Komandanın adı istər-istəməz səni ehtiyyatlı olmağa çağırır. Adi azarkeş bunu elə də çox hiss etmir. 

Futbolçularımızdan soyuqqanlı oyun görürdük. Meydanın mərkəzində Qara Qarayev və Marko Yankoviçi qeyd edərdim. Cinahlardan təhlükə yaradanlar Kadi və Zubir idi. Amma vurulan qollar mərkəzdən başlayırdı. Ozobiçin və Qaranın ötürmələrini də qeyd edərdim. Düşünürəm ki, Qarayev və Yankoviç dueti uğurlu idi. Rəqib futbolçuların qol-qanad açmasına imkan vermirdi. Arxa xəttə də dəstək göstərirdilər.

Taktiki düzülüşü görən kimi başa düşdüm ki, "Qarabağ"ın hücum potensialı daha yüksək olacaq. Ozobiçin öldürücü ötürmələrini də yaddan çıxarmaq olmaz. Hər şey "Qarabağ"ın istədiyi kimi oldu, əsas da ikinci hissə". 

Veteran futbolçu "Qarabağ"ın hücumçusu Ovusunun oyununu da dəyərləndirib: "Ovusunun forvard mövqeyində uğurlu olacağını əvvəllər də demişdim. Fikrimcə, Kvabena Vadjidən daha texnikalıdır. Bir az güc baxımından bəlkə Vadji Ovusunu üstələyə bilər, amma fakt onu göstərir ki, "Qarabağ"ın hücumçu mövqeyi etibarlı əllərdədir. Oyunçunun adını bilməyən hiss edə bilməz Ovusu oynayır, yoxsa Vadji". 

Kərimov UEFA Millətlər Liqası zamanı yaranacaq fasilə zamanı "Qarabağ"ın futbolçularını Azərbyacan yığmasının heyətində ehtiyyatlı olmağa çağırıb: "UEFA Millətlər Liqasında millimizə çağrılan futbolçular məşqlərə və oyunlara diqqətlə yanaşmalıdır. Bədavi və Qara xüsusən ehtiyyatlı olmalıdır. Onların zədələnməsi "Qarabağ"a baha başa gələ bilər. Çünki Millətlər Liqasından sonra "Qarabağ"ın "Olimpiakos" səfəri var. Bəhlul da millinin düşərgəsində olacaq, Ancaq yaşını nəzərə alsaq, o, daha davamiyyətlidir. İki oyun ard-arda olacaq. Ona görə də futbolçularda yorğunluq hiss olunacaq". 

Veteran futbolçu "Qarabağ"ın G qrupundakı potensialına da toxunub: "G qrupuna nəzər salsaq, "Qarabağ"ın ikinci olmaq şansı yüksəkdir. Oyunlar başlamamışdan əvvəl komandaların şanslarını dəyərləndirmək çətin olur. Yalnız ad olaraq sıralamaq mümkündür. "Olimpiakos"un yeni səs-küylü transferlərini görürük. Buna baxmayaraq "Qarabağ" onların yarımmüdafiəsini yara biləcək gücdədir. Yunanıstan təmsilçisinin üstünlüklərindən biri də meydan və azarkeş amilidir. "Qarabağ" kimi onlarında çılğın, oyunun sonuna qədər dəstək verə biləcək azarkeşləri var. Bu barədə Ağdam təmsilçisinə basqı ola bilər. Amma ümumilikdə əminəm ki, "Frayburq"dan çətin olası deyil".

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X