09:35 10.02.2023 1230

Milli çempionatda milli ümid - Bəs bombardir kim olacaq? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futbol kollektiv oyun olsa da, qoleador oyunçuların daha geniş auditoriya tərəfindən sevildiyi faktdır. Əlbəttə, futbolsevərlərin əsas işi rəqib qapıçıları məyus etmək olan hücumçuların çıxışını xüsusi həvəslə izləməsi başadüşüləndir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da belədir. 21 turu geridə qalan Azərbaycan çempionatının bombardirlər cədvəlindəki indiki mənzərə isə bu mövzuya xüsusi diqqət ayırmağa əsas verir.

Azərbaycanlı hegemonluğu - Milli ümid

Hazırda ölkə birinciliyinin ən sərrast oyunçularının siyahısına hərəyə 15 qolla iki "Qarabağ"lının - Ramil Şeydayevlə Musa Qurbanlının başçılıq etməsi  şübhəsiz, ürəkaçan mənzərədir. Şərikli liderlərin milli formanı geyindiyini və yığmanın son matçlarında yüksək performasn sərgilədiyini nəzərə alsaq, mövcud reallıqda həm də ümid qoxusu var. Üstəlik, Premyer Liqamızın 5 ən məhsuldar futbolçusu arasında seçmənin vazgeçilməz adlarından sayılan Emin Mahmudovun da mövqe tutduğunu nəzərə alsaq, Canni De Byazinin komandasının hücum keyfiyyətinin artdığını söyləyə bilərik. Bu mövsüm 10 dəfə adını tabloya yazdıran Emin "Sabah"ın legioneri Coy Lens Mikelsdən 2 top geridədirsə, "Neftçi"nin kapitanını 9 qolla Masazır təmsilçisinin digər oyunçusu - Aleksey Kaşuk izləyir. 

Millimiz martın sonlarında AÇ-2024-ün seçmə mərhələsinin ilk iki matçına çıxacaq. Hər iki qarşılaşma səfərdədir və təbii ki, səviyyəcə özündən üstün rəqiblərlə qarşılaşacaq təmsilçimizin favoriti olmadığı görüşlərdə azərbaycanlıları yaxşı mənada təəccübləndirməsini hamımız arzulayırıq. Martın 24-də Avstriya, 27-də isə İsveçlə rəqib meydanında üz-üzə gələcək seçmənin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddətə sıradan çıxmasına üzüldüyümüz kimi, əsas qol ümidlərimizin klublarındakı oyunları ilə "biz də varıq" demələrinə də sevinməliyik. 

Çox şey dəyişə bilər, amma...

İndidən Azərbaycan çempionatında sonluğun necə olacağını, yekunda mövsümün ən sərrast oyunçusu adını kimin qazanacağını əminliklə söyləmək müşkül məsələdir. İrəlidə hələ 15 tur varsa, deməli, nəzəri cəhətdən adı bu gün heç 5 bombardir arasında olmayan oyunçu belə, finişdə ən sərrast futbolçu adına yiyələnə bilər. Eləcə də qarşıdakı turun mərkəzi qarşılaşmasında - "Qarabağ" - "Sabah" görüşündə Mikelsin het-trik edərək Şeydayevlə Musanı haqlaması da mümkündür. Ehtimallar, mümkün sürprizlər öz yerində, amma durumu real prizmadan dəyərləndirməyə çalışsaq, əsas götürməli olduğumuz məqamlar üzərində dayanmalıyıq.  

Musa, yoxsa Ramil?

Qurban Qurbanovun rəhbərliyi altında onu siyahıdan silməyə tələsən tənqidçilərinin cavabını əzmkar və məhsuldar oyunu ilə verən Şeydayevin adətən vinger mövqeyində yer aldığı halda, 15 qol vurması diqqətçəkən nəticədir. Hə, baş məşqçinin güvəni sayəsində olduqca önəmli özünəinam qazanan 26 yaşlı Ramilin hazırda mümkün olanın ən yaxşısını etdiyini söyləmək mübahisəlidir. Ola bilsin ki, "Zenit"in yetirməsi bir qədər də "artıra",  daha da püxtələşə bilər. Müqayisə aparırıqsa, Şeydayevin APL-in geridə qalan bütün turlarında forma şansı qazandığını unutmamalıyıq. O, 21 çempionat matçında mübarizə aparıb və vurduğu 15 qolun yeddisinə penaltidən imza atıb. 

20 yaşlı Musa isə cəmi 18 qarşılaşmada meydana çıxıb, bütün qollarını rəqib qapılarından oyun vəziyyətindən keçirib. Qurbanlının matç sayı Ramilinkindən azdırsa, oyun dəqiqəsi baxımından xüsusi simpatiyası olan komanda yoldaşından xeyli geri qalırsa, məntiqlə, ən yaxşı bombardir olmaq ehtimalı daha yüksəkdir. Digər tərəfdən, Musanın nominal forvard mövqeyində oynaması qabardılmalıdır. Bəlli məsələdir ki, cərimə meydançasında daha çox vaxt keçirən oyunçunun qollarının sayını artırmaq şansı da çoxdur. 

Mütəxəssislər nə deyir?

Mövzu ilə bağlı mütəxəssislərin də fikirlərini öyrəndik. Öncə Azərbaycan futbolunun ən istedadlı hücumçularından biri kimi yadda qalan, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi olan Samir Əliyevlə əlaqə saxlayıb həmklublardan hansını daha şanslı saydığını soruşduq.

İstər milli, istərsə də şərəfini qoruduğu klubların forması ilə çıxdığı matçlarda rəqib müdafiəçilərinə çətin anlar yaşadaq, top qovduğu dönəmdə dəfələrlə baxımlı qollara imza atan Əliyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Fikrimcə, yekunda Musa Qurbanlı bombardir olacaq. Həm Musa sırf mərkəz hücumçusu mövqeyində çıxış edir, həm də onun qol duyumu Şeydayevinkindən daha yaxşıdır. Əlbəttə, Musanın bombardir olmaq perspektivindən danışırıqsa, bundan sonrakı vəziyyəti də nəzərə almalıyıq. Artıq Ovusu Kvabena "Qarabağ"da deyil və bu məqam Qurbanlı üçün daha çox oynamaq şansı anlamındadır. Unutmayaq ki, Ramil bu mövsüm Musadan çox oynadığı halda, 15 qoldan yeddisini penaltidən vurub".

2007/2008 mövsümündə Bakı "İnter"inin forması ilə 19 qol vuraraq ölkə çempionatının bombardiri adını qazanan Xaqani Məmmədovun da fikirlərini öyrəndik. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin köməkçilərindən biri qismində fəaliyyət göstərən Məmmədov çalışqanlıq amilini qabartdı:

"Futboldu, indidən nəsə demək çətindir. Əsas bundan sonrakı çempionat matçlarında bu oyunçuların öz üzərində necə işləməsi, oyunlara nə dərəcədə hazır olmasıdır. Yəni hansı daha çox əziyyət çəksə, daha çox işləsə, o da bombardir olacaq".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Oktyabr 2026
17:20

Benzema "Mançester Yunayted"ə təklif edildi

17:01

Kyeza A Seriyasına qayıdır

16:42

Premyer Liqanın top klubları "Qalatasaray"ın ulduzunu istəyir

16:23

"Aerowingo"dan "Neftçi" azarkeşlərinə İstanbul bileti!

16:05

"Arsenal" "Real Madrid"in sabiq forvardını istəyir

15:46

"Zaqatala"nın baş məşqçisi lideri məğlub edəcəklərinə inanır - AÇIQLAMA

15:27

Lukakunun Türkiyə ilə matçda iştirakı sual altındadır

15:09

İngiltərə nəhənglərinin hədəfi "Benfika"nın müdafiəçisidir

14:51

İşlər çətinləşsə də, hər şey millinin öz əlindədir

14:33

Azərbaycanı beynəlxalq turnirdə 4 idmançı təmsil edəcək

14:15

Azərbaycanın U-19 millisi "Kəpəz"in əsas komandası ilə də məhsuldar bərabərliyə razılaşdı

13:58

Messi "qırmızı-göylər"in prezidenti oldu

13:40

Cavadovu "8 nömrə"nin yoxluğu qayğılandırır

13:21

Azərbaycan - Litva matçının hakimləri açıqlandı

13:02

"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satıldığı bilindi - SON DURUM

12:43

"Komandanı ruhlandırmaq vacibdir" - Vaqif Sadıqov

12:24

2-ci Liqa: 6-cı turun təyinatları bilindi

12:06

"Səbail" 5 qolla qalib gəldi

11:47

Müller karyerası ilə bağlı qərarını verdi

11:29

Tyerri Anri Zidanın təyinatı ilə bağlı: "Tanrı gəldi"

11:10

"Real Madrid" müdafiə xəttinə onu gətirməyi düşünür

10:51

Orayli İngiltərə millisindən ayrıldı

10:30

"Litva ilə oyun həlledici olacaq" - Arif Əsədov

10:09

ABL: NTD "Sumqayıt" ilə qarşılaşır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Millətlər Liqası: Fransanın İtaliya sınağı, Türkiyə Belçika səfərində

09:00

"Kəpəz"lə görüşdə həm çox yaxşı oyun göstərməyə, həm də nəticə qazanmağa çalışacağıq" - "Gəncəbasar"ın futbolçusu

01:41

"Real Madrid"də gözlənilməz itki

00:59

Millətlər Liqası: Portuqaliyadan inamlı qələbə, Uels Norveçi məğlub etdi

00:22

Millimizin Avro-2028 şansı əldən gedir?

01 Oktyabr 2026
22:47

"Azərbaycan millisinin çıxış yolu..." - Ayxan Abbasov

22:27

"Biz peşəkar komanda deyilik" - Lixtenşteynin baş məşqçisi

21:53

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn matçında qalib müəyyənləşmədi

21:20

İspaniya nəhəngi gənc ulduz üçün yenidən hərəkətə keçdi

20:43

"Barselona"nın ulduzu komandadan ayrılır

20:16

"Brayton"un ulduzu "Liverpul"a keçmək istəyir

19:42

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

19:25

Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub

18:41

Azərbaycan idmançılarının oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb

18:12

Azərbaycanın voleybol üzrə U-20 millisi Qubada hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.
X