23:29 15.03.2023 443

“Hədəfimiz dəyişmir” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda danışıb.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Oyuna yaxşı başladıq. İlk hissə yaxşı keçdi. Pressinq tətbiq edirdik. Təəssüflər olsun ki, bunu hesada əks etdirə bilmədik. Autdan sonra qapımızda qol gördük. Ucuz qol buraxdıq. Sona qədər mübarizə apardıq. Nəticəni dəyişə bilərdik, lakin fərqlənə bilmədik. Futbolçularımın çıxışından çox narazı ola bilmərəm.

Bəzi məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hansısa futbolçumda laqeydlik görsəm, tədbir görərəm. Hansısa epizodda nəsə alınmaya, uğursuzluq ola bilər. Amin Seydiyevlə bağlı epizodu şərh etmək istəmirəm.

Oyunun gec saatda başlaması, əksinə, futbolçular üçün daha yaxşıdır. Sanki beynəlxalq matça hazırlaşırsan. Rəqib də elə beynəlxalq səviyyədə rəqib idi. Sərfəli nəticə qazana bilərdik. Lakin “Sabah”ın heyətində olan futbolçular nəticəni müəyyənləşdirdi.

Əvvəlki illərdə epizod olurdu, şərh edirdik. Bu il hakimlərin səhvləri daha azdır. Tez-tez olmasa da, kritik səhvlər olur. Həm komandam, həm də rəqib yaxşı mübarizə apardı. Meydanda olanlara kölgə salmaq istəmirəm.

Səmimi deyəcəyəm: oyun planı ilə bağlı şikayətim yoxdur. Xal ehtiyatı olaraq daha çox xal toplamalıyıq. Qələbə qazanmaq müşkülə çevrilib. Keçən il olan oyunlarla bu il keçirilən oyunlar arasında çox fərq var. Burada 10 komandanın, sonuncu pillədə elitanı tərk edəcək kollektivin olması gərginliyi artırır. Asan oyun yoxdur. Hədəflərimiz dəyişmir. Çətin çempionat yaşayırıq. Həlledici dövrə başlayır.

Mehdi Cənnətov ikinci qolda topu çıxara bilərdi. Bəli, bəzən dəyişikliklər edirəm. “Sabah” standart vəziyyətlərdə çox təhlükəlidir. Bu gün Mehdiyə şans verdim. Müəyyən detallar olur ki, onlar mənim qərarıma təsir edir. 

Motivasiya problemi olsa, tədbirlər görərəm. Qışdan bu yana keçirdiyimiz oyunda yeganə problem “Səbail”lə matçda yaşanıb. Motivasiya ilə bağlı məsələləri məşqdə görmək olur. Elə futbolçular var ki, nəticə ilə kifayətlənir. Elələri də var ki, xeyr, kifayətlənmir. “Makkabi” ilə matçda motivasiya ilə bağlı problem var idi. Qol vurduq, ofsayd səbəbindən qeydə alınmadı. Söhbət bütün oyunlardan getmir. Biz mübarizə aparmalı, yolumuza davam etməliyik. Məncə, fasilə işimizə yarayacaq. Zədəli, xəstələnən futbolçularımız var. Coşqun Diniyev zədələnib. Dəyişiklik edəndə yüz ölçüb, bir biçirəm. Kulaç bu gün debüt etdi. Tam ideal formaya gəldikdən sonra daha güclü “Zirə”ni görəcəyik.

Bu gün səviyyə olaraq gənc qapıçımız istəklidir, çalışqandır. O, Mehdi ilə mübarizədə uduzur. İstədiyimiz səviyyəyə gəldikdə ona şans verəcəyik. Səhv etmirəmsə, bir oyuna çıxıb. Hələ tam hazır deyil.

“Qəbələ”nin oyunu haqda yalnız xoş sözlər demək olar. Ümumiyyətlə, yerli məşqçilərin işini yüksək qiymətləndirirəm. Onların işləri təqdirəlayiqdir. “Şamaxı” ilə evdə qələbə qazana bilərdik. Şansları özümüz qaçırmışıq”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.
X