
"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers "Çelsi" yə keçib.
Fanat.Az xəbər verir ki. London klubu 23 yaşlı futbolçunun transferini rəsmi saytı vasitəsilə açıqlayıb.
Tərəflər arasında 2033-cü ilə qədər müqavilə imzalanıb.
KİV sövdələşmənin 117 milyon funt sterlinq dəyərində olduğunu bildirib. "Transfermarkt"-ın məlumatına görə, yarımmüdafiəçinin transferi "Çelsi"nin tarixində ən bahalı transferdir. Əvvəlki rekord yarımmüdafiəçi Entso Fernandezin 121 milyon avroluq transferinə məxsus idi.
Rocers ötən mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə 55 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. O, DÇ-2026-da 6 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli