
"Neftçi"nin əsas komandası kimi, qadın futbolçuları da bu gün avrokubok sınağına çıxır.
Fanat.Az xəbər verir ki, zərif cinsdən olan komanda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci qrupun yarımfinal matçında Monteneqro "Buduçnost"u ilə qarşılaşacaq.
Görüş Yunanıstandakı Veria stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qeyd edək ki, cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün güclüsü ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
I mərhələnin final görüşü iyulun 25-də keçiriləcək.