14:00 31.03.2023 2760

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Aşağı yaş qrupları üzrə futbol komandalarında çıxış edən uşaqları keçid dönəmini uğurla başa vurmadan futbolçu adlandırmaq mübahisəli olsa da, bəzən qeyri-adi istedadı ilə seçilənlər böyümədən tanınmağa başlayır. 2008-ci il doğumlu Lorenzo Mezzotero da belələrindəndir. Atası Azərbaycanda işlədiyi dönəmdə "Qarabağ" və "Neftçi"nin strukturunda olan italiyalı daha çox Bakı klubundakı performansı ilə diqqət mərkəzinə düşüb. 

Həmyaşıdlarından aşkar şəkildə fərqlənən, əla qol duyumu, mövqe seçimi, sürəti və böyüklərə xas idmançı xarakteri ilə yerli futbol ictimaiyyətinin rəğbətini qazanan Lori artıq Azərbaycanda yaşamır. O, 2020-ci ilin yayında  ailəsi ilə birlikdə ölkəmizi tərk edərək vətəni İtaliyaya yollanıb.

Azərbaycanda ayrılmasına baxmayaraq yaşadığı ölkəni, formasını geyindiyi "Neftçi"ni unutmayan Mezzoteronun Bakıya gəldiyini öyrənincə onunla görüşüb söhbətləşmək qərarına gəldik. 175 santimetr boya malik yeniyetmə Fanat.Az-ın suallarını həvəslə cavablandırdı.

- İndi harada oynayırsan?
- Hazırda "Atalanta"nın U-15 komandasında çıxış edirəm.

- Əsas heyət üzvüsən, yoxsa ehtiyatda oturursan?
- Mən əsas heyət üzvüyəm. Ancaq bəzən meydana sonradan çıxdığım matçlar da olur. Son beş ayda zədədən əziyyət çəkirdim, indi tam sağalmışam. Əsas heyətdəki yerimi qaytarmaq istəyirəm. Bunun üçün öz üzərimdə daha çox işləməli olduğumu bilirəm.

- Hansı mövqedə çıxış edirsən?
- Mən hücumçuyam. Əsasən mərkəz forvardı, ikinci xətt hücumçusu və sağ cinah hücumçusu mövqelərində oynayıram. 

- Ötən mövsüm məhsuldar göstəricilərin necə olmuşdu?
- Ötən mövsüm zədələr üzündən cəmi 6 ay oynaya bildim. Demək olar ki, mövsümün yarısını kənardan izləmək məcburiyyətində qaldım. 20 qol vurmuşam, amma məhsuldar ötürmələrimi saymamışam.  

- Komandanızın indiki mövqeyi necədir? 
- Komandamız hazırda 3-cü yerdədir. Çempionatın reqlamentinə əsasən, ilk iki yeri tutan komanda birbaşa final mərhələsinə vəsiqə qazanır. 3-6-cı yerlərdə olanlar isə pley-offa yüksəlir. Biz də hazırda birbaşa finala yüksəlməyi arzulayır, İtaliya çempionu olmaq istəyirik. 

- Lorenzonu İtaliyada Azərbaycandakı qədər sevirlər?
- Azərbaycanda tanıdıqları qədər tanımırlar. Əlbəttə, İtaliyada da Azərbaycandakı qədər diqqət mərkəzinə düşmək istəyirəm. Burada məni tanıyanları və sevənləri mən də sevirəm. Azərbaycan "Neftçi"nin timsalında mənim ürəyimdədir. 3 il yarım "Neftçi"də oynamışam. Geri qayıdıb görüşən zaman hər şey çox emosianal alındı. 

- Hamı səni "Neftçi"nin yetirməsi kimi tanıyır. "Neftçi" sənin üçün nə deməkdir? 
- "Neftçi"nin mənim qəlbimdə xüsusi yeri var. Əlbəttə, hər il bura gələrək dostlarımla, məşqçilərimlə, digər işçilərlə və bütün klubdan tanıdıqlarımla görüşmək istəyirəm. 

- Azərbaycan millisində oynamaq haqda düşünürsən?
- (Gülür) Bəli. Mən bu haqda düşünmüşəm. İki seçimim var: İtaliya və Azərbaycan milliləri. Ümid edirəm ki, doğru qərar verəcəyəm.

- Gələcəkdə "Neftçi"də oynamaq necə?
- 10 yaşım olanda özümə söz vermişəm ki, karyeramın sonlarında iki il "Neftçi"də oynayacağam.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X