Dünən keçirilən "Qarabağ" - "Sabah" qarşılaşmasında zədələnərək 57-ci dəqiqdə yerini Maksim Medvedevlə əvəzlənən Bəhlul Mustafayevin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda - "Mölde"yə qarşı sentyabrın 21-də keçiriləcək matçda oynayıb-oynamayacağı sual altına düşüb.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mərkəz müdafiəçisinin zədəsi ilə bağlı son vəziyyət barədə Fanat.Az-a məlumat verib:
"Bəhlul sağ dizinə yaxın nahiyədən xəsarət alıb. Bu gün həkimlər yoxlayıblar və onun sabah MRT müayinəsindən keçməsinə qərar verilib. Musatfayevin vəziyyətinə sabahkı MRT müayinəsindən sonra tam aydınlıq gələcək".
Qeyd edək ki, "Qarabağ" - "Mölde" qarşılaşması 20:45-də başlayacaq.
Nihat