
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bolqarıstanda "ÇSKA Sofiya" ilə qarşılaşıb.
Sofiyadakı Vasil Levski stadionunda baş tutan matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşmədiyi (0:0) üçün ikinci dueldə üstün olan tərəfin mərhələ adlayacağı bəlli idi. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmadığından cütün taleyinə penalti seriyasında aydınlıq gəlib. Daha dəqiq olan meydan sahibləri növbəti mərhələyə adlayıblar.
Mübarizəni Konfrans Liqasında davam etdirəcək "Qarabağ" bu turnirin 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
ÇSKA Sofiya (Bolqarıstan) - Qarabağ 0:0 (penaltilər - 5:4)
Hakimlər: Brem Van Drisse, Mişel Sildreyers, İv de Neve, Bert Put (hamısı Belçika).
Sofiya. Vasil Levski stadionu.
(ilk oyun - 0:0).
ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov