"Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədov Ağdam təmsilçisinin dünən Norveçin "Molde" komandasına qarşı keçirdiyi oyunu dəyərləndirib.
O, Fanat.Az-a açıqlamasında ağdamlıların Avropa Liqasının qrup mərhələsinin ilk turunda qazandığı qələbə (1:0) barədə belə danışıb:
"Qarabağ" son vaxtlarda ən yaxşı oyununu keçirdi. Bütün komanda oyuna köklənmişdi. Buna görə bütün komandanı təbrik edirəm. "Molde" üzərində qazanılan qələbə ikinci yer üçün çox böyük təkandır. Təmsilçimiz növbəti oyunda İsveç komandası ("Hekken"- red.) üzərində qələbə qazanmaqla qrup ikinciliyini 60-70 faiz təmin edə bilər. Bu qələbə olduqca önəmli idi ki, "Qarabağ" da onu əldə etdi".
Nihat