Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"da üzlər gülür.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, zədədən əziyyət çəkən Marko Veşoviç sıraya dönmək üzrədir.
Hacıyev bir müddət öncə fərdi proqram üzrə hazırlaşmağa başlayan montoneqrlu cinah müdafiəçisinin iki gündür ki, topla çalışmağa başladığını bildirib.
Qeyd edək ki, bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində bu "Sumqayıt"ı qəbul edəcək "köhlən atlar" oktyabrın 5-də Avropa Liqasının oyununa - İsveç "Hekken"i ilə səfər matçına çıxacaq.
Nihat