00:51 10.11.2023 737

“Eyni epizod “Bayer”ün qapısı qarşısında olsaydı, penaltini verməzdi” - Qurban Qurbanov

“Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi”.

Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer” klubuna 0:1 hesabı ilə məğlub olduqları Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis son dəqiqələrdə rəqibin lehinə təyin olunan penaltidən narazılıq bildirib: “Belə epizodlarda həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir?”

O, azarkeşlərin maraqlı mübarizə izlədiklərini vurğulayıb: “Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə yaxşı mübarizə, oyun gördülər. Bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.

Baş məşqçi Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra yaxşı toparlandıqlarını düşünür: “Böyükhesablı məğlubiyyət mən də daxil olmaqla, futbolçulara pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, səbirli oldular. Məncə, yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq”.

Qurbanov müdafiə xəttində məcburiyyətdən dəyişikliklər etdiyini deyib: “Müdafiədə nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da, bəlkə daha intizamlı oynamaq olardı”.

Təcrübəli mütəxəssis penaltiyə görə kapitan Maksim Medvedevə iradının olmadığını bildirib: “Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur”.

Onun sözlərinə görə, qapıçı Andrey Lunyovun zədəsi ciddidir: “Dizində ciddi ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Sabah daha dəqiq məlumat verə bilərik”.

“Qarabağ”ın çalışdırıcısı çempionat matçlarında da dolu tribunalar önündə çıxış etmək arzusunda olduqlarını sözlərinə əlavə edib: “Çempionatımızda da bu qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etməsi üçün azarkeş böyük köməkdir. Bəzən meydanda danışanda bir-birilərini eşidirlər, ancaq azarkeşlər önündə olan oyun fərqlidir. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu ölkəmizdə sevdirməliyik”.

Qurban Qurbanov 5 müdafiəçili sistemə keçdikləri zaman zəif çıxış etmələri ilə bağlı fikirlə razılaşmayıb: “Beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Cəfərquliyevin əvəzlənməsi dizbalans yaratdı. Bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. Üç oyunçunu istəmədən əvəzlədik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X