Sabah "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsveçin "Hekken" komandasını qəbul edəcək.
Ağdam təmsilçisinin sabiq hücumçusu Zaur Ramazanovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı son və pley-offa vəsiqə baxımından həlledici əhəmiyyət daşıyan oyunu barədə nə düşündüyünü soruşduq.
Ramazanovun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" demək olar ki, öz öhdəsinə düşən işin 90 faizini görüb. Bundan sonra səhvə yol verməzlər. Həmişə avrokuboklardakı qrup oyunlarında bəxtləri pley-offun biraddımlığında gətirmirdi. İnanıram ki, bu dəfə qrupdan çıxacaqlar. Kevin Medina yoxdur? İndiki heyətdə onu əvəz edə biləcək futbolçular var. Bədavi və Bəhlulun olduğunu nəzərə alsaq, heç bir problem olmayacağını düşünə bilərik. Məncə, "Qarabağ" pley-offa adlayacaq".
Nahid Məmmədov