Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Artur Jorje ümumilikdə 36 futbolçunun adını siyahıya salıb.
Onlardan 25-i A, 11-i isə B siyahısında yer alıblar.
Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. Lukas Qorniçek.
Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba, 58. Migel Vilela, 62. Nuno Matoş, 76. Tomaş Markes.
Yarımmüdafiəçilər: 8. Əl Musrati, 10. Çer Ndur, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joau Moutinyo, 50. Dieqo Rodriges, 66. Vasko Moreyra, 80. Joau Qonçalves, 90. Cibril Sumare.
Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 11. Roje Fernandes, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said, 97. Joze Rodriges, 99. Kauan Kelvin.
Baş məşqçi: Artur Jorje.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk matçına fevralın 15-də səfərdə, cavab qarşılaşmasına isə bundan bir həftə sonra Bakıda çıxacaq.