Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Qarabağ"a 2:4 hesabı məğlub olan "Braqa"nın yarımmüdafiəçisi Vitor Karvalyu matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sport TV" onun dediklərini belə çatdırıb:
"Hücumdan müdafiəyə lazım olan şəkildə çıxa bilmirdik və nəticədə dörd qol buraxdıq. Bilirik ki, öz üzərimizdə səylə çalışmalıyıq. Əynimizdəki formanın haqqını verməliyik. Vəziyyəti dəyişmək lazımdır və bunun az zəhmət tələb etməyinin fərqindəyik.
İkinci qolu buraxandan sonra inamsız təsir bağışlamağa başladıq və rəqibin kəsərli əks-hücumlar qurmasına mane ola bilmədik. İndi qarşıdakı matçlar haqda düşünməli, ikinci oyunda yenilginin əvəzini çıxmaq üçün işləməliyik. Hələ "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq şansımız var. Bizə özünəinam və döyüş ruhu lazımdır. Azarkeşlər "Braqa"dan daha yaxşı mübarizə gözləyirlər. Bu, fanatların haqqıdır. Onlar tələb etməli, biz isə mümkün olanın ən yaxşısını etməyə çalışmalıyıq".