UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Braqa" görüşünü idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Bolqarıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” - “Braqa” oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.