Cümə axşamı "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə cavab oyununa çıxacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Zaur Ramazanovla əlaqə saxlayıb cütün taleyini həll edəcək ikinci görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hesab edirəm ki, "Qarabağ" "Braqa"ya evdə də qalib gələcək. Bir çox insan düşünür ki, portuqaliyalılar burda fərqli oyun göstərəcək. Amma mən fərqli düşünürəm. Məncə, Ağdam klubu ikinci oyunu da zəfərlə başa vuracaq. İlk oyunda da təmsilçimizin qalibiyyətini vurğulamışdım. Yenə də inanıram ki, "Qarabağ" bizi sevindirəcək".
Qeyd edək ki, Ağdam təmsilçisi Portuqaliyadakı matçdan 4:2 hesablı qələbə ilə dönüb.
Nahid Məmmədov