Sabah keçiriləcək "Qarabağ" - "Braqa" matçına münasib qiymətə (50 manatdan ucuz) satılan biletlər oyuna 3 gün qalmış tükəndi. Elə həmin gün apardığımız araşdırmalar sayəsində məlum oldu ki, yenə dəllallar öz işindədir.
"Tofiq Bəhramov"dakı kassanın kənarında müştəri gözləyən adam Fanat.Az-ın əməkdaşına 10 manatlıq bileti 15 manata təklif edib. Görünən budur ki, müəyyən cəhdlərə rəğmən, qara bazarın öhdəsindən gəlmək mümkün olmayıb.
Xatıraladaq ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Braqa" oyunu 21:45-də start götürəcək. Təmsilçimiz Portuqaliyadakı görüşdə 4:2 hesablı qələbə qazanıb.
Nahid Məmmədov