Bu gün "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab oyuna çıxacaq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb cütün taleyini həll edəcək ikinci matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Hələ püşkatmadan sonra demişdim ki, "Qarabağ" bu səddi keçəcək. İnanıram ki, bu gün komanda möhtəşəm oyun göstərib "Braqa" ya qalib gələcək. Mən deyərdim ki, "Qarabağ" yüz faiz mərhələni keçəcək. Ağdam klubu "Tofiq Bəhramov"da azarkeşlərin dəstəyi ilə möhtəşəm oynayır. Sanki bu klub orada çıxış edəndə futbolçular ilə azarkeşlər arasında xüsusi bağ yaranır. O dəstək futbolçulara başqa ruh verir. Portuqaliya təmsilçisi bura aqressiv oyun göstərməyə gəlib. İlk 15-20 dəqiqədə təmsilçimiz hesabı açacaq. Ümumi oyuna baxsaq, "Qarabağ" öz fəlsəfəsini meydanda göstərəcək".
Xatırladaq ki, "Qarabağ" Portuqalidakı görüşdə 4:2 hesablı qələbə qazanıb.
Nahid Məmmədov