Misli Premyer Liqasının XXIX turunun açılış oyununda evdə "Kəpəz"ə 1:2 məğlub olan "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib:
"İlk yarıda normal futbol oynadıq, qol epizodları yaratdıq. İkinci hissədə qapımıza 2 zərbə oldu, ikisi də qol oldu. Futbolçular çox şeyi düşünməlidir. Belə olmamalıdır. Əvvəlcədən bildiyimiz və tapşırığımız formada oynamalı və dediyimiz furbolçuları bağlamalı idilər. Deyiləsi çox söz yoxdu"