Adil Şükürovla yollarını ayıran "Kəpəz"in müvəqqəti baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Komanda əvəzedici heyətin baş məşqisi Xaliq Mərdanova tapşırılıb. “Kəpəz”i Misli Premyer Liqasının 5-ci turunda "Sabah"la keçiriləcək oyuna məhz Mərdanov çıxaracaq.
Qeyd edək ki, avqustun 31-də keçiriləcək "Kəpəz" - “Sabah” matçı saat 19:30-da start götürəcək.