Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Kəpəz"lə qarşılaşan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında belə danışıb:
"Oyun gərgin və sərt başladı. İlk hissə bizim üçün çətin keçdi. Hesaba baxmayaraq, "Kəpəz" cəsarətli komandadır və bu gün də sona qədər döyüşdülər. Futbolçularımı təbrik edirəm.
Qapıçılarımız arasında rəqabət güclüdür. Hələ ki, Aydın Bayramov ona verilən etimadı artıqlaması ilə özünü doğruldur. Tiaqo Silva və Anar Nəzirov sağlam rəqabətə hazırdırlar. Konkret Silvadan danışsam, qapıda yerli qolkiperin dayanması meydan oyunçuları ilə bağlı rotasiyaya imkan yaradır".
Mirağa