15:08 04.09.2025 4569

Belə "qırmızı" olmur

Misli Premyer Liqasının 3-cü turunda baş tutan "Neftçi" - "Turan Tovuz" qarşılaşması (0:1) hələ də müzakirə mövzusudur.  Qonaqların hesabı erkən qolla açandan sonra daha çox müdafiənin qayğısına qalması, "ağ-qaralar"ın hücumlarının məntiqi sonluqla başa çatmaması matçın ümumi mənzərəsidir. Görüşün 55-ci dəqiqəsində Bakı təmsilçisinin mərkəz müdafiəçisi İqor Ribeyroya göstərilən qırmızı vərəqə isə həqiqətən müəmmadır. Bu vərəqənin FİFA referisi Əliyar Ağayevin cibindən çıxması isə daha üzücü reallıqdır. Yumşaq desək, belə qırmızı vərəqə olmur. Niyəsinə aydınlıq gətirməyə çalışacağıq.

"Sarı" ən düzgün seçim sayılardı

Digər epizodlardakı mübahisəli qərarları bir kənara qoyaraq yalnız Ribeyronun qovulması üzərində dayansaq, Ağayevin "sambaçı"nı qovması sözün əsl mənasında, müzakirələrə açıq faktdır. Top getdikdən sonra rəqibi - Faiq Hacıyevi itələyən stopperə "qırmızı" yox, "sarı" göstərilməliydi. Dünya futbolunda buna bənzər 10 epizodu izləsək, hər birində ədalət təmsilçilərinin uzağı xəbərdarlıqla kifayətləndiyinə şahidlik edərik. Futbolçular arasında münaqişə olduğunu, İqorun Faiqi aşkar vurma cəhdini sübuta yetirən görüntü də yoxdur. Görünən budur ki, Ribeyro "Turan"ın futbolçusunu itələyərkən əli üzünə toxunur və bu qarşıdurma iki rəqibin əlbəyaxa olması ilə nəticələnmir. Futbol təmas oyunudur. 

Hacıyev özü də təsdiqləyir 

Ribeyronun qovulmasının səbəbkarı oyundan sonra mətbuata verdiyi açıqlamada braziliyalı oyunçu ilə mübahisə etmədiklərini və bir-birinin ünvanına başqa qıcıqlandırıcı ifadələr işlətmədiklərini təsdiqləyib: "Ribeyro ilə aramızda heç bir söhbət, filan olmayıb. Sadəcə, top getdikdən sonra bir-birimizi itələmişik". Əslində, Hacıyev bu açıqlaması ilə legionerin oyun ərzində onunla münaqişədə olmadığını, hərəkətin ani refleks statusu daşıdığını bildirib. Ortada nə şapalaq var, nə yumruq, nə də qəsdən zədələmə cəhdi, deyilmi?

Bu, "qırmızı"dırsa...

Premyer Liqanın artıq 3 turu geridə qalıb. Çempionat matçlarını yaxından izləyənlər ağırlıq dərəcəsi Ribeyro-Hacıyev insidenti səviyyəsini aşan epizodlarda hakimlərin "sarı"ya əl atdıqlarını, bəzən isə şifahi xəbərdarlıqla kifayətləndiklərini görüblər. Hesabda geri olan, vəziyyətdən çıxmaq üçün ardıcıl hücumlar quran kollektivi öz meydanında keçirdiyi matçda bu şəkildə azlıqda qoymaq həm də Əliyar bəyin öz reputasiyasına endirdiyi zərbədir. Şübhəsiz, hakimin qətiyyət sərgiləmək, oyunun ipini əldən buraxmadığını isbatlamaq çabası xoşagələndir, amma belə yox... Bu və buna bənzər hər epizodda futbolçuları meydandan qovsalar, gərək hər çempionat matçında 5-6 "qırmızı" qeydə alına.

Təəssüf ki, heç nə dəyişməyib

Sirr deyil ki, "Neftçi" Samir Abasovun rəhbərliyi altında Premyer Liqada uğurlu startla diqqət çəkə bilməyib. Abasovun öz istəyi ilə heyətə cəlb edilən yerlilər və şəxsi seleksiyasının nəticəsi olaraq "ağ-qaralar"ın sıralarına qatılan legionerlərin işlərinin öhdəsindən necə gələcəklərini zaman göstərəcək. Bakı komandasının hər oyunundan sonra bir qucaq hakim xətasının müzakirə mövzusuna çevrilməsi isə arzuolunmaz mənzərədir. Ən pisi isə budur ki, ötən mövsüm də "xalq komandası" dəfələrlə yanlış hakim qərarları üzündən qızıldan qiymətli xal və xallar itirmiş, yekunda avrokubiklardan kənarda qalmışdı. Yox, flaqmanın yaşıl meydanlarda fırtına kimi əsdiyini, ortaya qoyduğu futbolla Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparmağı haqq etdiyini demirik, ancaq ölkənin bütün iddialılarının matçlarındakı yanlış qərarların statistikasını çıxarsaq, "Neftçi"nin daha çox "sıxıldığına" əmin olarıq. Təəssüf ki, cari "futbol ili"ndə bu yöndə heç nə dəyişməyib. 

 Premyer Liqanı gözdən salmaq olmaz

Fərq etməz, "Neftçi"nin yerində "Qarabağ" da ola bilər, "Zirə" də, "Araz-Naxçıvan" da... Yəni söhbət konkret olaraq, Ağayevin qərəzindən və ya İnqilab Məmmədovun mərəzindən getmir. Hakim səhvləri çempionatı birbaşa idman həvəskarlarının gözündən salır. İstər stadionun tribunalarına toplaşan azarkeşlər, istərsə də evindəki divanda əyləşib çay içə-içə yerli futboldan zövq almağa çalışanlar bu cür hallarda çempionatdan iyrənirlər. Biri stadiondan çıxır, o biri televizoru söndürür... Başqa sözlə, həm hakim ədaləti, həm də Hakimlər Komitəsinin gördüyü iş şübhə altına düşür. Elə biz də mövzunu uzadaraq olan-qalan azarkeşlərin də yerli futboldan uzaqlaşdırmamaq üçün yazını burada tamamlamağı uyğun sayırıq. Ümid edək ki, növbəti turlarda belə məsələləri qabartmaq məcburiyyətində qalmayacağıq.

Fanat.Az   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Oktyabr 2026
15:10

FIFA U-15: Bakıda keçiriləcək dünya çempionatı və festivalına hazırlıq davam edir

14:52

Endrik "Liverpul"a keçə bilər

14:33

"Turan Tovuz"dan ayrılan Tural bu kluba keçdi

14:16

"Şəfa" ilə matçdan öncə "Turan Tovuz"un heyəti ilə bağlı son durum bilindi

13:57

"O, qeyri-adi istedada malikdir" - İlkay Gündoğan

13:38

Van Deyk Niderland tarixində bunu reallaşdıran 11-ci futbolçu oldu

13:20

"Geriyə atılacaq addımımız qalmamışdı" - Aslan Kərimov

13:01

"Gəncə" rusiyalı voleybolçunu heyətinə qatdı

12:43

Liderdən xal alan Adil Mahmudov kubokla bağlı da iddialı danışdı

12:25

Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazandı

12:06

"Fənərbağça" ilə matç həm bizim, həm də azarkeşlərimiz üçün maraqlı oldu" - Faiq Hacıyev

11:48

Azərbaycanda çalışmış məşqçi Dzyubanı dilə tutdu - "Hətta səfər oyunlarına getmə!"

11:29

"Barselona" çətin transferə girişdi

11:10

Məşqdə ağır zədə: Avroliqanın ulduzu 9 ay oynamaya bilər

10:51

"Qarabağ"da parladı, Avropada kabus yaşayır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

İkardi "Qalatasaray"a geri dönür

09:48

"Hər şey millimizin öz əlindədir" - Arif Əsədov

09:25

Jezuş Ronaldu ilə bağlı qərarını qətiləşdirdi

09:00

Millətlər Liqası: Türkiyə İtaliya səfərində, Fransa Belçikaya qarşı

00:59

Millətlər Liqası: Portuqaliyadan əzmkar qələbə, Almaniya xal itirdi

04 Oktyabr 2026
23:49

Hamı "Real"a keçəcəyini gözləyirdi, amma...

22:53

Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar

22:12

Əhməd Yusifov dünya çempionu oldu

21:47

Premyer Liqada 60 milyonluq transfer bombası

21:13

"Liverpul" onun üçün hərəkətə keçdi

20:43

İngiltərə nəhəngindən 55 milyonluq həmlə

20:10

Kataloniya klubundan azarkeşlərə müjdə

19:37

Ayxan Abbasov Litva üzərində qələbəni belə şərh etdi

19:23

Litvanın baş məşqçisi Yankauskas millimizlə oyun barədə nə dedi?

18:56

Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi

18:18

Premyer Liqa klubları Kolumbiyaya skaut göndərdi

17:13

Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

16:59

2-ci Liqa: "Şirvan evdə, "Marafon" səfərdə büdrədi

16:59

Ən çox maaş alan milli komanda məşqçiləri açıqlandı - Son dünya çempionları ilk "3-lüy"ə düşmədi

16:10

Dünya çempionu Londonu tərk edir, İngiltərəni yox

15:58

İngiltərədə ən yaxşı seçilən alman futbolçu Ronaldunun rekordunu yenilədi

15:30

"Çelsi" Virtsi istəyir

14:53

Dyökereş heç kimin bacarmadığını reallaşdırdı

14:27

Saka 7:0-ı şərh etdi: "Əyləncəli idi"

Facebookdan bizi izləməyi unutmayın.
X