
“Qəbələ” yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Yaponiyanın U-20 yığması ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.
Hər hissəsində iki qolun vurulduğu matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Xəyyam Məmmədli fərqlənib.
“Qəbələ” Misli Premyer Liqasının 7-ci turunun oktyabrın 10-da keçiriləcək matçında “Sumqayıt”ın qonağı olacaq.