01:24 14.10.2025 918

"Məncə, yaxşı oynadıq" - Ayxan Abbasov

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:

“Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Üçgündənbir iki güclü komandaya qarşı oynamaq çox çətindir. Oyunçularıma təşəkkür etmək istəyirəm, həqiqətən, yaxşı mübarizə apardılar. Gələcəyə nikbin baxırıq. Evdə iki oyunumuz var. Çalışacağıq ki, xallarımızı artıraq və futbolçu qazanaq.

Məncə, yaxşı oynadıq. Bu gün də mübarizə apardıq. Bir az çempionatın tempi artsa, futbolçularımız 90 dəqiqə meydanda olsa, daha yaxşı olar. İlk oyunu Ukrayna ilə oynasaydıq, bəlkə də, fərqli olardı. Amma inanın ki, komandamız bu gün xal qazanmaq üçün əlindən gələni etdi. Bütün futbolçular yorğun olsalar da, sona qədər döyüşdülər. Üç gündən bir oyunlara öyrəşməliyik. Bunu özümüzə problem etməməliyik.

Ruhumuz olmasa, komanda qurmaq çətin olacaq. Çünki milli komandada elə də çox vaxt olmur. İlk toplanışla ikinci arasında böyük bir fərq var. Düzdür, Fransa bizə şans tanımamışdı. Ancaq onlarla matç futbolçulara böyük bir güvən vermişdi. Bugünkü oyunda da o güvəni hiss edirdik.

Rəqib nə qədər imkan verirsə, biz hücum edirik. Bu gün də hücumlar edirdik. Rəqiblər də çox güclüdür. Evdəki oyunlarda azarkeş dəstəyinin də böyük üstünlüyü var. Bütün bunlar olduqda daha dominant futbol oynayarıq.

Mən həm də klub məşqçisiyəm. Bəzi sözləri desəm, düzgün anlaşılmır.

Şahrudin İslandiya ilə oyunu buraxır. Nə edək? Biz bir qapıçıdan ibarət olmalı deyilik. Hə, burda futbolçuların da günahı var. Komandanda forma şansı almırsansa, daha az iddiası olan komandaya gedib daha çox oyun təcrübəsi qazanmalısan. Bu gün mən Rüstəmi alqışlayıram. “Sumqayıt”a getdikdən sonra xeyli artırıb.

Qapıya zərbələrimiz çox oldu. UEFA Millətlər Liqasında bizə yaxın rəqiblərlə başabaş oynaya bilərik. Bu sözü elə-belə demədim. Çünki mən oyunçularda bu potensialı görürəm. Ona görə də, özümüzə yaxın rəqiblərlə üstün oynaya bilərik. Amma bu gün Ukrayna ilə bu bir az çətindir”.

Azərbaycan millisi hazırda 1 xalla D qrupunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 Sentyabr 2026
10:09

"Sabahın Ulduzları": Yarımfinalçılar bəlli oldu - FOTOLAR/NƏTİCƏLƏR

09:48

2-ci Liqa: "Şirvan" liderliyi ələ keçirə biləcək?

09:25

Mançester derbisində hakim səhvi olub - "Qırmızı şeytanlar"dan üzr istənildi

09:00

MPL: Çempion "Sabah" debütant "Şəfa" ilə qarşılaşır

02:32

La Liqa: "Atletiko Madrid" 3 xalı 3 qolla qazandı

02:15

Liqa 1: PSJ səfərdən 3 xalla dönür

01:54

A Seriyası: "Napoli"dən minimal hesablı qələbə

01:34

"Bayern" tarixində hələ belə rekord olmamışdı

00:46

Lamin Yamal Messi və Ronaldonu geridə qoydu

00:14

Bundesliqa: "Leypsiq" darmadağına sevindi

13 Sentyabr 2026
23:58

Premyer Liqa: "Mançester Siti"yə 1 qol bəs etdi

23:05

Komandası xal itirdi, Toral Bayramov isə...

22:47

"Arsenal" hücum xəttinə yeni ulduz axtarır

22:13

"Fiorentina"nın gənc ulduzu İngiltərə klublarını bir-birinə qatdı

21:32

Rəşad Sadıqov: "Performansımızı qoruyub təkmilləşdirməliyik"

21:14

Qurban Qurbanov "Zirə" ilə matçdan sonra nə danışdı?

20:51

MPL: Şamaxıda məhsuldar heç-heçə, "Qarabağ" Zirədən 1 xalla dönür

20:32

"Özümüz özümüzə rəqibik" - Zaur İsmayılov

20:07

"Bu gün 2 xal itirdik" - Kurban Berdıyev

19:37

"Turan Tovuz" azarkeşlərinə müraciət etdi

19:30

II Liqa: "Ağstafa Gəncləri" inamlı qələbəyə sevindi

18:47

AÇ: Azərbaycan millisi yarımfinalda

18:12

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir

17:58

PSJ-nin müdafiəçisi İngiltərəyə gedir

17:16

Ronaldu azarkeşlərə sərt reaksiya verdi

16:20

Qvardiola Türkiyə nəhəngini çalışdıracaq? - Agenti açıqladı

15:48

Barkolanın "Liverpul"dakı yeni rolu bəlli oldu

15:10

"Aston Villa" Emerini göndərir - Onu əvəz edəcək məşqçi də məlumdur

14:35

Arteta hakimin qərarına üsyan etdi

14:01

Xulian Alvaresdən pis xəbər - SON DURUM

13:32

"Tottenhem" 4 matçdır qol vura bilmir

12:56

AÇ: Azərbaycan millisi Belçikada 1/4 final matçına çıxır

12:13

Messinin qolu lideri yenməyə kifayət etmədi - VİDEO

11:47

"Böyük Dəbilqə": Son gündə 5 cüdoçumuz mübarizə aparacaq

11:10

Günün oyunları bu kanallarda - AFİŞA

10:39

"Sabahın Ulduzları": "Neftçi" "Zirə"ni böyük hesabla yendi - FOTOLAR

10:08

2-ci Liqa: Debütantlar Binədə qarşılaşır

09:41

Aqil Nəbiyevin yeni iş yeri bilindi

09:00

MPL: “Araz-Naxçıvan” ilə “Turan Tovuz”un Şamaxı dueli, "Zirə" "Qarabağ"a qarşı

12 Sentyabr 2026
23:34

Azər Bağırov "Sumqayıt"la matçdan sonra nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X