
Polşanın "Motor" klubundan ayrılan Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin hücumçusunun xidmətində 1-ci Liqada mübarizə aparacaq iki klub maraqlıdır.
Onlardan biri mövsümü 14-cü yerdə başa vuran "Vanspor"dur. Tərəflər artıq danışıqlara başlayıblar. Renat Van təmsilçisinin maliyyə şərtləri ilə razılaşsa, yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq. Sözügedən klub Dadaşovla 1+1 illik saziş bağlamaqğı planlaşdırır.
Xatırladaq ki, bu yay "Vanspor" Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünü də heyətinə qatıb.
Toğrul