14:05 04.02.2026 1484

"Qarabağ" hamı üçün, hərə isə özü üçün

Azərbaycan futbolunda ilklərə imza atmağa davam edən "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Əlbəttə, Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində 10 xal toplaması yerli futbol ictimaiyyətinin mümkünsüz hesab etdiyi uğurun reallaşması anlamındadır. Razılaşaq ki, ÇL-in püşkatmasından sonra Qurban Qurbanovun komandasının "Benfika", "Kopenhagen", Bilbao "Atletik"i, "Çelsi", "Napoli", "Ayntraxt" və "Liverpul" kimi rəqiblərlə duellərdən sonra pley-offda olacağına yalnız ən nikbin fanat inanardı. Həmin mətbuata açıqlamalar verən, proqnozlar səsləndirən mütəxəssislər də təmsilçimizin layiqli mübarizə aparmaq şansını vurğulayır, "köhlənlər"in real potensialının xəyalları reallaşdırmağa bəs edəcəyindən danışmağa cəsarət etmirdilər. Lakin illərdir boyundan yuxarı tullanmaq bacarığı ilə tanınan, futbolda doğru yanaşmanın, oturuşmuş sistemin effektini dəfələrlə ortaya qoyan, hamımızın futbol təfəkkürünü dəyişən Azərbaycan çempionu daha bir tarix yazdı. Bunun ölkə idmanının beynəlxalq nüfuzu adına hansı sambalda uğur olduğunu yenidən incələməyə çalışmağa belə, dəyməz. Bəli, "Qarabağ" artıq pley-offda, yəni turnirin 1/16 final mərhələsindədir və təmsilçimizi "Nyukasl"la iki ağır duel gözləyir.

Onlar hara, biz hara...

Bəlli məsələdir ki, yüksək səviyyəli çempionatları ilə ad çıxarmış ölkələrdə komandaların üçgündənbir oyunlara çıxması adi haldır. Tutaq ki, dünyanın sayılıb-seçilən ulduzlarının top qovduğu İngiltərə Premyer Liqasında (İPL) istirahət günü "Mançester Siti" ilə qarşılaşan "Nyukasl" 3 gün sonra Parisdə PSJ ilə ÇL matçına çıxır, ardından şənbə günü öz meydanında "Brentford"u qəbul edir. Təbii, bazar dəyərləri 20, 30, 50, 80 milyon avro ilə dəyərləndirilən peşəkarlar maşın kimi işləyə bildikləri üçün İPL klubunun formasını geyinirlər. Orada şikayətə, göz yaşlarına baxan yoxdur. Özünü bir qədər boş buraxdınsa, turnir cədvəlinin "zirzəmi"sinə göndəriləcək və hədəflərindən uzaq düşəcəksən. Bu, bir futbol təkamülünün formalaşdırdığı gerçəklikdir. "Qarabağ"ın oynadığı Azərbaycan Premyer Liqasını şübhəsiz, İPL ilə müqayisə etmək gülünc cəhd olar. Ağdam təmsilçisinin fərdi inkişaf yolundakı əsas maneələrdən biri də yerli birincilikdəki rəqiblərinin bəlli səviyyəni keçə bilməmələridir. Azərbaycandakı komandaların ümumi fiziki, taktiki hazırlığının Avropa standartlarına cavab verməməsi əlavə problemlərə yol açır. Hə, sırf bu məqam üzərində dayanmaq, ətraflı təhlillər aparmaq ayrıca yazı mövzusudur.

"Qarabağ" üçün qorxunc qrafik

Ağdam təmsilçisi "Nyukasl"la ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, 00:00-da start götürəcək. Görüş "St James Park" stadionunda gerçəkləşəcək. Cütün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. 

Fevralın 14-də Qubada "İmişli" ilə 20-ci tur çərçivəsində münasibətlərinə aydınlıq gətirəcək "köhlənlər" qısa intervalla mərkəzi arenada "Nyukas"la qarşılaşmalı, cəmi 3 gün sonra "Palms Sport Arena"da "Neftçi" ilə prinsipial görüşdə tər tökməli və İngiltərəyə yollanmalıdırlar. "Sağsağanlar"la səfər duelinin ağırlığını atmağa isə cəmi 4 gün vaxt qalacaq. Qurbanov yetirmələrini martın 1-də MPL-in lideri "Sabah"la matça çıxarmalıdır. "Qarabağ"ın fevraldakı matçlarının qrafiki belədir:


5 fevral 
"Şamaxı" - "Qarabağ"
Azərbaycan Kuboku, 1/4 final mərhələsi (ilk oyun)

10 fevral
"Şamaxı" - "Qarabağ"
MPL, 19-cu tur

14 fevral
"İmişli" - "Qarabağ"
MPL, 20-ci tur

18 fevral
"Qarabağ" - "Nyukasl"
ÇL, pley-off mərhələsi (ilk oyun)

21 fevral
"Neftçi" - "Qarabağ"
MPL, 21-ci tur

24 fevral 
"Nyukasl" - "Qarabağ"
ÇL, pley-off mərhələsi (cavab oyunu)


"Yox" demək "Neftçi"nin haqqıdır, amma...

"Ağ-göylər" "Neftçi" ilə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət ediblər, lakin qurum Bakı klubunun buna razı olmadığını əsas gətirərək ağdamlıların xahişini yerə salıb. Sırf peşəkarlıq prizmasından yanaşsaq, "yox" demək "Neftçi"nin haqqıdır. Görünən budur ki, "ağ-qaralar" vəziyyətdən istifadə edərək azarkeşlərini "Qarabağ" üzərində qələbə ilə sevindirmək istəyirlər. Azərbaycan futbolunun ümumi uğurunu ön plana çıxarmadığı və şəxsi mənfəətini düşündüyü üçün "Neftçi"ni qınamaq da olmaz. Futbolda rəqiblərin çətin anlarda bir-birinə badalaq vurması anlaşılan mənzərədir. Paytaxt klubunun imtinasının Ağdam təmsilçisinə ciddi problem yaradacağı, güclü "Nyukasl"la matçlara daha yaxşı hazırlaşmasına mane olacağı isə dəqiqdir. 

Pul qazanım, xərcləyin

"Qarabağ"ın ÇL-dəki qəhrəmanlığı digər MPL klublarının da büdcələrini zənginləşdirməsi ilə nəticələnib. Martda təmsilçilərimizin hər birinin hesabına məhz Qurbanovun və yetirmələrinin qəhrəmanlığına görə UEFA tərəfindən təxminən milyon yarım manat vəsait köçürüləcək. Oyunun təxirə salınmasını istəməyən "Neftçi" də, hazırda lider mövqeyində qərarlaşan "Sabah" da, futbolçularının maaşlarını gecikdirə-gecikdirə ödəyən hədəfsizlər də böyük məbləğdə pul qazanacaqlar. Nuş olsun!

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyul 2026
21:03

“Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”

20:30

"Qəbələ" "Sumqayıt"la heç-heçəyə razılaşdı

19:48

"İllik 200 milyon avronu rədd etdim"

19:12

"Midlsbro"ya göydəndüşmə 23 milyon

18:30

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

17:50

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

17:26

"Əvvəlki matçda belə oynamamağımız biabırçılıqdır" - Harri Keyn

16:53

"Messi əsl vəhşidir"

16:09

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

15:55

Martines İspaniya ilə final oyunundan öncə DÇ-də sınıq barmaqla oynadığını dedi

15:09

Olise kimisi mundiallar tarixində olmamışdı - Pelenin rekordunu qırdı

14:56

Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

14:27

Pedro Porro: "Onu dayandırmaq mümkün deyil"

13:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:14

"Sabah"ın rəqibindən inamlı qələbə

12:54

FİFA mundialdan neçə milyard qazandı? - Rekord məbləğ

12:25

"Üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi" - Jül Kunde

11:49

Əsas döyüşü Dirkus dyu Plessi qazandı

11:09

Didye Deşam: "Günah məndədir"

10:52

Tuxeldən qələbə şərhi

10:13

DÇ-2026-nın qalibi müəyyənləşir

09:50

Fransaya 3 qol vurdu, oyunun ən yaxşı futbolçusu oldu

09:00

Kilian Mbapoe: "Bu, Didye Deşam adına biabırçılıqdır"

03:01

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

02:45

Mbappe Messini geridə qoydu

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

21:50

Mahir Emreli yenidən Polşada - RƏSMİ

21:42

Cenk Sümer: "Məqsədimiz çempionluqdur"

21:11

“Neftçi” açıq məşq keçirdi, azarkeşlər "coşdu"

20:47

Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

20:19

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib

19:16

Mahir Emreli karyerasını Polşada davam etdirəcək?

19:06

Yuri Vernidub: "Hədəfimiz Konfrans Liqasının liqa mərhələsidir"

18:42

KL: "Neftçi" - "Dinamo" oyununun biletləri satışda

18:11

Ruslan Voronsov "Karvan-Yevlax"da

17:52

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

17:09

Deşam üçüncü yer uğrunda matçdan əvvəl danışdı - "Milli üçün darıxacağam"

16:48

"Qarabağ"ın darmadağınına şahid olan hakim "Zirə"nin oyununda

Facebookdan bizi izləməyi unutmayın.
X