
1-ci Liqada mövsümün sonuna 1 tur qalmış çempionluğu rəsmiləşdirən və elitaya vəsiqə qazanan "Şəfa"nın rəhbərliyi komandanın əsas futbolçularından olan Ürfan İsmayılovla bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisində qalmayacaq.
Onun müddəti başa çatan müqaviləsinin yenilənməyəcək.
Daha öncə paytaxt klubunun digər yarımmüdafiəçi Emin Zamanovla da yolları ayıracağı bəlli olub.
Xatırladaq ki, "Şəfa" mövsümü 57 xalla tamamlayıb.
Nihat