
"Şamaxı"da "yarpaq tökümü" davam edir.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqavilə yenilənməyib.
Qeyd edək ki, Sezar Enrike ötən yay "Şamaxı"ya Braziliyanın "Caxias" klubundan transfer olunmuşdu.
Beləliklə, mövsüm başa çatdıqdan sonra "Şamaxı"nı 15 futbolçu - Karim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mansumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandeş, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehrəlıyev, Bilal İsmayılov, Sezar Enrike - tərk edib.